22.11.2024, 01:52
AZ EN
05.04.2024, 08:26 353

Kəlbəcər rayonu, Yanşaq kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər rayonunun Yanşaq kəndi Kiçik Qafqaz silsiləsində, Murovdağın ətəyində yerləşir. Meydan çayının qırağında meşəlik bir ərazidə olan Yanşaq kəndi başdan-ayağa gözəlliklər məskənidir.

Kəndin ərazisində olan bulaqlar və yer adları çoxluq təşkil edir. Bunlardan Gərməşovlu bulağı, Qara su bulağı və Tək ərik, Böyük duz, Qara quzey meşəsinin adlarını çəkmək olar.

"Yanşaq" qədim türk dillərində və Azərbaycan dilinin dialektlərində "aşıq" dəməkdir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çevirmişlər.

Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR