22.11.2024, 01:52
AZ EN
15.05.2024, 09:11 337

Qubadlı rayonu, Qiyaslı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində olan Qiyaslı kəndi dağətəyi ərazidə, Zəngilan rayonuna çox yaxın bir yerdə yerləşir.

Yaşayış məntəqəsi Babək rayonunun Nehrəm kəndindən gəlib əvvəlcə Altmca Qiyaslı kəndində məskunlaşmış, sonralar isə bir hissəsi ayrılaraq indiki yerə köçüb yurd salmış qiyaslı nəsli tərəfindən bina edildiyi üçün belə adlandırılmışdır. Kəndə bəzən onu Altınca Qiyaslı, yaxud da Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki Altınca) fərqləndirmək üçün Aşağı Qiyaslı da deyirlər.

Qiyaslı kəndi1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.  Erməni faşistləri işğal dövründə bu  kəndi də talayıb xarabalığa çeviriblər.  Kənd 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR