22.11.2024, 04:34
AZ EN
14.03.2023, 16:45 141

Qubadlı rayonu, Xəndək kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsinə daxil olan Xəndək kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə salınmışdır. Kəndin ərazisində olan qədim mağaralardan bilinir ki, XVII-XVIII əsrlərdə mövcud olmuş kənddir. Yaşayış məntəqəsini Cənubi Azərbaycanın Xəndək kəndindən gəlmiş Hacı Məmməd adlı şəxs salmışdır. Hazırda kənddəki nəsillərdən birinin hacıməmməduşağı adlanması haqqında da məlumatlar vardır. Tədqiqatçılar bildirirlər ki, oykonim X əsrdə Orta Asiyada Çu çayı vadisində və Talas Alatausu ərazisində yaşamış, sonralar Səlcuq oğuzlarına qoşulmuş türk mənşəli xəndək tayfasının adı ilə bağlayırlar. XIX əsrin əvvəllərində Şəki əyalətində Kandak, Gürcüstan ərazisində Aşağı Xəndək və Yuxarı Xəndək kəndləri qeydə alınmışdır. Bu kənd Azərbaycanın məşhur xalçaçılıq mərkəzlərindən biridir. Xəndək kəndi 2020-ci il noyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR