22.11.2024, 00:22
AZ EN
02.10.2023, 10:10 346

Xankəndi yaxınlığındakı nəhəng erməni xaçı söküldü

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində ölkəmizin suverenliyinin bərpası istiqamətində atılan addımlar davam edir. Artıq Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və digər ərazilərdə keçmiş qondarma rejimin qanunsuz əməllərinin Azərbaycanın suverenliyinə uyğunlaşdırılmasına başlanıb. Bu xüsusda işğaldan azad edilmiş ərazilərdə dövlət atributlarının, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən simvolların saxtalaşdırılmasının qarşısının alınması da  diqqət mərkəzindədir.

“Vətən səsi” xəbər verir ki, bu tədbirlərin davamı kimi işğal dövründə Xankəndi şəhəri yaxınlığındakı yüksəklikdə qanunsuz şəkildə quraşdırılmış dəmir konstruksiyalı nəhəng erməni xaçı da sökülüb. Bu barədə antiterror tədbirlərindən sonra Qarabağdan Ermənistana köçmüş erməni bloger David Simonyan özünün “Facebook” səhifəsində video paylaşıb.

 

Xatırladaq ki, separatçıların 2017-ci ildə Xocalı rayonunun Daşkənd kəndində quraşdırdığı xaç simvolunun hündürlüyü 50 metr idi. Dəmir konstruksiyadan hazırlanmış simvolun üzərində çoxlu sayda rəngarəng işıqlar quraşdırıldğından xüsusilə gecə saatlarında Xankəndi, Şuşa, Xocalı və ətraf ərazilərdən parlaqlığı ilə diqqəti cəlb edirdi.

Elxan SALAHOV

Oxşar xəbərlər