Tədqiqatçılara görə, oykonim Qara şəxs adından və -lar cəm şəkilçisindən ibarət olub, "Qaranın nəslindən olanlar" mənasını bildirir. Yerli məlumata görə, qaralar İranın Kəbirli kəndindən gəlmiş nəslin adıdır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kənd talan edib xarabalığa çevirmişlər.
2020-ci ildə kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ