Qamışlı kəndi Qamışlı çayının sahilində, dağətəyi ərazidə yerləşir. Məlumata görə keçmişdə Qaryagin (Füzuli) qəzasının Mərcanlı kəndindən Qazıxan adlı bir şəxsin burada binəsi olmuşdur. Sonralar onun övladları həmin yerdə daimi məskən salmışdır. Kənddəki nəsillərdən birinin də adı qazıxanlı adlanır. Kəndin yerləşdiyi ərazinin üst hissəsində, ətrafında qamış bitən balaca bir göl də vardır.
Ona görə də kənd Qamışlı adlandırılmışdır. Kəndin Uğurlu yaylağı, Alagöllər yaylağı, Çiçəkli dağ yurdu, Qırmızı bulaq, Ağ bulaq, Nazik su, Tala bulağı, Qaravul, Gölyeri, Tala, Ayrım damı, Alçalı, Köhnə binə, Həcərin binəsi, Tala binə və s. xeyli sayda məşhur yerləri var.
İsa Musayev