22.11.2024, 01:42
AZ EN
29.02.2024, 08:23 322

Kəlbəcər rayonu, Məmmədsəfi kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində olan Məmmədsəfi kəndi Məmmədsəfi çayının sahilində, Dağətəyi ərazidə yerləşir.

Yerli məlumata görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən gəlmiş Məmmədsafi adlı şəxs saldığı üçün belə adlandırılmışdır.

Kəndin bünövrəsini Məmməd adlı bir şəxs qoymuşdur. Yerli əhalinin dediyinə görə bu yerlərdə qış çox sərt keçdiyindən Məmməd fikirləşir ki, qış 3-4 ay çəkər, ona görə də mal qoyuna 3-4 aylıq ot-yem tədarükü görür. Ancaq qış 5-6 ay çəkir, mal-qoyunun otu, yemi qurtarır və mal-qara məhv olur. El arasında onun bu hərəkətinə Məmmədin səhfi deyirlər və kəndin adını da Məmmədsəfi adlandırırlar.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR