07.07.2025, 00:19
AZ EN
09.03.2023, 07:06 377

Qubadlı rayonu, Xanlıq kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. Xanlıq əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xanın oğlu Mehralı bəyin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənd də mülkün adı ilə adlandırılmışdır. Qubadlı rayon mərkəzindən 18 km cənub-şərqdə yerləşən Xanlıq kəndi Azerbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada toxunan xalçalar hər zaman öz yüksək keyfiyyəti ilə seçilmişdir. Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşısı hesab edilirdi. Kənddə orta məktəb, kənd Soveti, kolxoz binası, ferma, həkim məntəqəsi və s. var idi. Xanlıq kəndi 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər