Kənd 1917-ci ildə Baba Yaqublu şəklində qeydə alınmışdır. Görünür, sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimikada belə bir məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanmışdır.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Babaylı kəndini Azərbaycan Ordusu 21 oktyabr 2020-ci il tarixində işğalçılardan azad edib.
S.Süleymanova