08.09.2024, 07:02
AZ EN
08.04.2024, 08:41 329

Qubadlı rayonu, Həkəri kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində olan Həkəri kəndi, Həkəri çayı sahilində dağətəyi ərazidə yerləşir. Həkəri adına qədim mənbələrdə rast gəlinir. Alban (Qafqaz) tarixçisi Moisey Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri adlı yerin adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur. Həkəri ilə bağlı toponimlər Həkəri tayfasının adı ilə əlaqədardır.

İndi Türkiyə və İran ərazisində həkərilər yaşayırlar. Bəzi mənbələrdə Həkəri çayının adı Həkəri tayfalarının adı ilə bağlıdır. X-XII əsrlərdə ərəb mənbələrində Azad çay kimi göstərilmişdir. Zəngilanda da Həkəri (Akara) adlı qəsəbə var.

Heyrək (Aqarar, Akaraq) - Bu toponim Qubadlı ilə Qafan rayonun sərhəd zonasında yerləşir. Heyrək toponimi

“Kitabi-Dədə-Qorqud” dastanının 10-cu boyunun qəhrəmanı Əkrəklə eyni mənşəlidir. Dastanda Əgrək ve Səgrək – 2 qardaşdan bəhs olunur. Maraqlıdır ki, (Heyrək) toponimi yerləşdiyi ərazidə Həkəri çayı Həkəri kəndi oykonimlərinə rast gəlinir. Bununla da rayonda və Gorus ərazilərində eyni mənşəli Akara Həkəri Həkkərək sözləri özünü yaşadır. M.Seyidov yazır ki, VII yüzilliyin cografiyaçısı Anemeya Siraqaci akarak (həkəri qalası və çayını qeydə almışdı). Xatırladaq ki, Gorus rayonunda Əkərəli, Sisyan ərazisində Əkəri toponimi vardır.

Musa Kalankatlının əsərində aqar etnosunun adı ilə bağlı Həkəri yaşayış məntəqəsinin adı çəkilmişdir.

(M.Seyidov “Elm və həyat” jurnalı Bakı 1989 səh.10-16.164).

Həkəri kəndində Orta əsr qəbiristanlığı da mövcuddur.

Həkəri kəndi 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal olunmuşdu.

2020 -ci ildə kənd Azərbaycanın Şanlı Ordusu tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər