01.12.2025, 15:26
AZ EN
01.12.2025, 14:59 11

Eçmiədzin: II Qaregin katolikos taxtını tərk etməyi düşünmür

XƏBƏRLƏR
  • Bütün ermənilərin katolikosu II Qaregin öz patriax taxtını tərk etməyi düşünmür.

Bu barədə “Newsarmenia” Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryana istinadən məlumat yayıb.

“Katolikosun istefa verməsi üçün heç bir əsas görmürəm. O, yalnız bəzi şübhəli dini mənsubiyyətə malik dairələrin belə bir tələbi irəli sürməsi səbəbindən taxtını tərk edə bilməz”, – bu gün keçirilən mətbuat konfransında Arşak Xaçatryan bildirib.

Onun sözlərinə görə, bu, hətta on episkop belə bir tələb irəli sürsələr də, mümkün deyil. (APA)

Oxşar xəbərlər