ABŞ-ın Ermənistandakı səfirliyindən bildiriblər ki, onlar təcrübə toplama proqramı çərçivəsində təkmilləşdirmə kurslarında hələ pandemiyadan əvvəl olmalı idilər. Amma sözügedən proqram hələ davam etdiyinə görə "Beynəlxalq gəlişmə" adlanan bu təkmilləşmə kursunda iştirak məqsədəmüvafiq hesab olunub. Agentlik öz mənbələrinə istinadən əlavə edib ki, nazirlər kabinetinin mətbuat xidmətinin işçiləri və hökumətin tərəfdarı olan ayrı-ayrı jurnalistlər də bir neçə dəfə sözügedən kurslarda ABŞ-ın mətbuat xidmətlərinin fəaliyyəti və iş təcrübəsi ilə əyani tanış olublar.
"Hraparak" sonda bildirib ki, bu dəfəki təkmilləşdirmə kurslarında müdavimlik 2-3 həftə davam edəcəkdir.
N.Qaramanlı