20.09.2024, 10:40
AZ EN
13.07.2024, 21:38 217

Ermənistan Müdafiə Nazirliyinin keçmiş məmuru dövlətə 16 milyon dollar ziyan vurmaqda ittiham olunur

XƏBƏRLƏR
  • Ermənistan Müdafiə Nazirliyinin keçmiş yüksəkvəzifəli məmuru 19 torpaq sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi yolu ilə dövlətə 6,2 milyard dram (təxminən 16 milyon dollar) məbləğində ziyan vurmaqda ittiham olunur.

“Sputnik-Armeniya” xəbər verir ki, bu barədə cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdıran İstintaq Komitəsi məlumat yayıb.

İş materiallarına görə, Müdafiə Nazirliyinin Əsaslı Tikinti və Qoşunların Təsərrüfatı İdarəsinin sabiq rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək göstərilən torpaq sahələrini bazar qiymətindən aşağı qiymətə satıb. Sövdələşmələr 2005-2008-ci illər arasında bağlanıb. Bu işdə ona bir sıra müdafiə idarəsinin və dövlət qurumlarının nümayəndələri kömək ediblər.

Ermənistan Cinayət Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsi (çirkli pulların yuyulması) və 375-ci maddəsinin 2-ci hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi açılıb.

Hazırda onun əmlakına həbs qoyulub. (Report)

Oxşar xəbərlər