01.08.2025, 02:00
AZ EN
12.05.2025, 08:00 242

Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək

XƏBƏRLƏR
  • Hindistan iyulda Ermənistana “Akash” zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək.

Bu barədə "IADN Centre" məlumat yayıb.

“Akash” sistemi yer-hava zenit-tipli raket kompleksidir. Sözügedən ZRK döyüş təyyarələri, qanadlı raketlər, hava-yer raketləri, pilotsuz uçuş aparatları və digər hava hədəflərini 25 kilometrə qədər məsafədə məhv etmək qabiliyyətinə malikdir. Ermənistan bu silah sistemlərinin ilk xarici alıcısıdır.

Xatırladaq ki, Hindistan Ermənistana “Akash” zenit-raket komplekslərinin ilk batareyasını ötən ilin noyabr ayında göndərmişdi. (APA)

Oxşar xəbərlər