22.12.2024, 19:27
AZ EN
29.08.2024, 08:33 290

Baş nazir səfirləri təhqir edib

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü səhər paylaşımında göstərilib ki, avqustun 26-28-də Dilican şəhərində Ermənistanın 50 ölkədəki səfirlərinin baş nazir Nikol Paşinyanın, prezident Vahaqn Xaçatryan və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı toplantısı olub.

Tədbirdə bəzi səfirlərin yerlərinin dəyişdirilməsi, görülən və görüləcək işlər barədə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Ərəb ölkələrindəki səfirlərin öz fəaliyyətlərini yeni reallığa uyğun qurmalarının vacibliyi xüsusi vurğulanıb.

Agentlik baş nazir Nikol Paşinyanın çıxışına daha çox diqqət ayıraraq yazıb ki, o, heç bir səfirin işindən razı olmadığını dəfələrlə vurğulayıb və onların ünvanına kobud ifadələr işlədib. Amma nə səfirlər, nə də xarici işlər naziri Ararat Mirzoyan baş nazirin kobudluğuna reaksiya verməyib.

Toplanış başa çatdıqdan sonra Dilican-İrəvan magistral yolunun üstündəki "Çəllək bulaq" adlanan yerdə ziyafət təşkil olunub.

Nəsib Qaramanlı

Oxşar xəbərlər