09.06.2025, 14:45
AZ EN
03.07.2023, 17:40 280

Babayandan Bakıya “dialoq” təklifi

XƏBƏRLƏR
  • Rus sülhməramlılarının himayəsi altında Qarabağın bir hissəsində “fəaliyyət” göstərən  erməni separatçılarına məxsus “Vahid vətən partiyasının” rəhbəri Samvel Babayan rəsmi Bakı ilə sülh danışıqlarına başlamağın tərəfdarı olduğunu elan edib.

“Vətən səsi” bildirir ki, Babayan Qarabağdakı erməni icmasına özünü danışıq tərəfdarı kimi təqdim edib və Bakı ilə danışıqlarda güzəştlərə hazır olduğunu deyib. Bakı ilə danışıqlar məsələsində separatçıların liderindən fərqli mövqe nümayiş etdirdiyini göstərməyə çalışan Babayanın təklif etdiyi “dialoq formatı” onun əsl mahiyyətini ifşa edir. O, Bakı ilə Xankəndi arasında dialoqun başlamasının zəruriliyini önə çəkib: “Qarşılıqlı inam yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışmaq lazımdır ki, insanlar dinc və normal yaşasınlar”.

Babayan bundan sonra “ikinci məsələyə” - qalan problemlərin müzakirəsinə - keçəcəklərini iddia edib: “Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik. İkinci “siyasi qüvvə” kimi təcili danışıqların əleyhinə deyiləm. Amma ilk növbədə bir-birimizə qarşılıqlı etimadın aşılanması üçün dialoq aparacağımız məqamlarla bağlı sənəd formalaşdırmalı, sonra başqa məsələlərə keçməliyik”.

Xatırladaq ki, rəsmi Bakı Xankəndi və ətraf rayonlarda yaşayan erməni icması ilə yalnız Azərbaycana inteqrasiya müstəvisində müzakirə aparıla biləcəyini elan edib. Bakının bu tələbi yerinə yetirilməyincə separatçılarla hər hansı danışıqlar müzakirə mövzusu deyil.

Elxan SALAHOV

Oxşar xəbərlər