22.11.2024, 04:18
AZ EN
15.12.2023, 10:23 333

Paşinyan komandasında “təmizləmələr” həyata keçirəcək

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan komandasında “kadr təmizləməsi” həyata keçirmək qərarına gəlib.

Bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Bildirilib ki, N.Paşinyan hakim partiya - “Mülki müqavilə"nin üzvü olmayan, onun ideyalarını bölüşməyən və “bitərəf qalmağa cürət edən” bütün məmurları, hətta yüksək rütbəli şəxsləri də mümkün qədər tez işdən çıxarmağı tapşırıb. Bura səhiyyə, idman, təhsil, o cümlədən orta məktəblər və uşaq bağçaları da daxildir.

İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının direktorunun işdən çıxarıldığı barədə məlumat yayıb. Mənbələr deyir ki, əsas səbəb onların hakim partiyanın üzvü olmamaları olub.

“Beləliklə, deyə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən "məxməri inqilabçı"lar heç bir tənqidə, müxalifətin bəyanatına, fikir ayrılığına dözmürlər”, - nəşr qeyd edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR