Bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov "NEWS.ru"ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın təşkilatda üzvlüyünü "dondurması" təşkilatın sənədlərində öz əksini tapmayıb.
"Ermənistan təşkilatın üzvü olaraq fəaliyyətinin həcmini həqiqətən əhəmiyyətli dərəcədə azaldıb", - deyə baş katib əlavə edib.
Xatırladaq ki, bu ilin fevral ayında Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın "France 24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib. (Trend)