- "Hraparak"ın xəbərinə görə, bu gün Ermənistan parlamentində 25 məsələ barədə müzakirə planlaşdırılıb. Həmin məsələlərdən biri "Vətəndaş" partiyasının son beş ildəki fəaliyyəti barədə olacaq. Agentlik əlavə edib ki, bir hissəsi qapalı keçəcək bu günkü iclasda dəvətli vəzifəlilər də iştirak edəcək. Xarici işlər naziri Ararat Mirzoyan, xüsusilə tapşırıqlar üzrə səfir Mher Qriqoryan da dəvətlilər sırasındadır. Keçən dəfəki iclasda isə baş prokurorun, ombudsmanın, mərkəzi seçki komissiyasının məruzələri dinlənilmişdi.
Bununla yanaşı konstitusiya məhkəməsi hakimi vəzifəsinə seçki məsələsinə baxılsa da bu iş sonraya saxlanılmışdı və bu gün sözügedən məsələyə də baxılması ehtimal olunur.
N.Qaramanlı