15.03.2025, 05:52
AZ EN
19.04.2024, 12:42 342

Ermənistanı mənəvi əlillər idarə edir

XƏBƏRLƏR
  • İctimai fəal Karine Nalçacyan "Hraparak" telekanalının aparıcısı Hayka Aloyana verdiyi müsahibədə Ermənistanı mənəvi şikəstlərin idarə etdiyini vurğulayıb.

O, deyib ki, hakim partiyanın deputatı Hakop Aslanyan ictimai nəqliyyatda təbliğat apararkən Samvel Vartanyan onu tənqid edib və mübahisə dərinləşəndə eşitdiyi təhqirli ifadələrin cavabı olaraq deputatı satqın adlandırıb. Asayiş keşikçiləri isə onu cinayət məcəlləsinin 2 maddəsi ilə 

həbs ediblər. Bununla çoxlarının razılaşmadığını iddia edən erməni qadın ölkədə gedən proseslərin sağlam təfəkkürlə deyil, mənəvi şikəstliklə getdiyini təkrarlayıb. Belə davam edərsə, haylar özləri dövlətçiliyinin sonuna çıxacaqlar deyə o, çıxışını  tamamlayıb.

Ermənistanda çoxlarının beyninin yuyulması barədə səslənən fikirlər isə reallığı tam əks etdirir. Belə olmasa idi, orada normal cəmiyyət olardı.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR