16.12.2024, 20:58
AZ EN
08.09.2023, 09:50 138

“Qərbi Azərbaycan Xronikası”: Qərbi Azərbaycana Qayıdış planına qarşı məkrli addım

XƏBƏRLƏR
  • Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin məqdimatında “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik veriliş hazırlanıb. Verilişdə “Qərbi Azərbaycana Qayıdış planına qarşı məkrli addım” adlı sujet hazırlanıb.

 Bu il iyulun 27-də Ermənistanda de-fakto fəaliyyətə başlamışdı. Repatriasiya və İnteqrasiya Mərkəzinin açılışı olmuşdur. Bu mərkəzin fəaliyyəti  qanuni sayılmaya bilər. Çünki  ölkə parlamenti hələ də  repatriasiya haqqında qanun layihəsini qəbul etməyib. Qanun yoxdursa, mərkəzin fəaliyyət dairəsi də məlum deyil. Habelə Ermənistan üçün repatriant kimdir sualı da cavabsız və ya müəmmalı qalır.

Açılış mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib. O, bildirib ki, mərkəzin açılışı repatriasiya haqqında siyasi siqnaldı: “Hökumət istəyir ki, Ermənistana daha çox insan qayıtsın. Obyektiv və subyektiv şəraitə görə müəyyən tendensiyalar mövcuddur. Bizim vəzifəmiz bu tendensiyaları paralel olaraq potensial, repatriantlarımızı belə xildmətlərlə təmin etməkdir”.

Vurğulanır ki, bu barədə söhbətlər başqalarını Ermənistan respublikasını repatriasiya istiqamətində addım atmağa sövq edəcək. Repatriasiya və İnteqrasiya Mərkəzi Ermənistan respublikasında repatriantlar üçün ilk resurs mərkəzi olacaq. Məsləhət və təcrübə dəstəyi göstərəcək. Mərkəzin əməkdaşı bütün proses boyu repatriant hazırlayıb müşaiyət edəcək. Onu hüquqi proseslər, təhsil, səhiyyə, gömrük, məşğulluq, sahibkarlıq və digər məsələlərlə tanış edəcək. Mərkəz pulsuz erməni dili kursları,  pulsuz inteqrasiya və tədris siqnalları, müxtəlif onlayn və oflayn tədbirlər, məlumat, şəbəkələşmə və potensial işəgötürənlərlə əlaqə və s. istiqamətlərdə yardım edəcək. Qeyd olunur ki, Ermənistanın diaspordakı nümayəndələri öz istəkləri ilə  ölkəyə qayıda bilərlər. Bunun üçün mərkəzin operatoru ilə əlaqə saxlamaq kifayətdir. Operator onları repatriasiyadan adaptasiyaya qədər bütün mərhələlərdə müşaiyət edir. Vurğulanır ki, diasporla iş üzrə komissarının strateji hazırlıqlar bölməsinin rəisi Ovanes Aleksyanın dediyinə görə, bu qrupun sayəsində repatriantların sayı vardır, dəqiq məlumat əldə edə biləcəklər: “Onun iddiasına əsasən hər gün 400, 500 repatriantların telefon zəngi daxil olur. Erməni mütəxəssislər iddia  edir ki, həmin repatriasiya mərkəzi üç mərhələyə bölünür: Repatriasiya qədər, Repatriasiya, İnteqrasiya. Onlar arasında müddət 6 aydan iki ilə qədər sürür. Erməni dilini pulsuz öyrənmək məqsədilə diaspor işləri üzrə komissarlıq təlim kursları təşkil edib. Aleksyanın sözlərinə görə, əvvəllər Ermənistana ermənilər Suriyadan və Livandan köç edirdilərsə,  2021-ci ildən etibarən Rusiyadan qayıdanlar çoxalıb. Repatrian müxtəlif səbəblərdən ölkəni tərk edib yenidən  vətənə qayıdanlara deyilir. Ancaq Suriya və Livandan olan ermənilər bu kateqoriyaya daxil  edilə bilməz. Habelə Rusiya Federasiyasının ərazisində yaşamış ermənilərin də repatrian sayılması məntiqli deyil. Bu baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər Ermənistan üçün  repatriant kimi qəbul edilməsi hüquqi baxımdan  məntiqli deyil. Halbuki, Ermənistan  hakimiyyəti qanun qəbul edilməsə də, onları repatriant adı ilə ölkəyə gəlməsinə və vətəndaşlıq verilməsinə başlayıb. Məlumata görə  2022-ci ildə 25 min erməniyə repatriant statusu verilib. Onlardan 19 mininə Ermənistan vətəndaşlığı verilib. Onları vacib sərmayə sayırlar. Məsələn, Livandan Ermənistana ailə köçürülməsi sonuncu mərhələdədir. 2022-ci ildə diaspor işləri üzrə komissarlıq 8 min belə ərizə alıb və ya bununla bağlı zəng edib.

Ermənistan dünyanın müxtəlif ölkələrindən erməniləri reportiant adı ilə ölkəyə köçürür. O ermənilər harda yerləşdirilib? Qarabağ işğaldan azad ediləndə məlum oldu ki, Ermənistan və havadarları Azərbaycan torpaqlarında xarici ölkələrdən gəlmə erməniləri yerləşdiriblər. İndi isə onları Qərbi Azərbaycan ərazisində yerləşdirməyi planlaşdırırlar. Çünki Qərbi azərbaycanlıların qovulduğu ərazilərin çoxunda  yaşayış yoxdur. Kəndlərdə bir neçə yaşlı sakinə təsadüf etmək olar. Qərbi Azərbaycan türklərinin ev-eşikləri ya dağlıb, ya da baxımsızlıqdan uçub. Beləliklə,  Ermənistanda repatriasiya haqqında qanun qəbul edilərsə, bu, ilk növbədə Qərbi azərbaycanlılara şamil edilməlidir. Çünki onlar bu yerlərdən qovulmuş, vətəndaşlıqdan zorla məhrum dilmiş əsl sahibləridir. Görünür, Ermənistanda bu məsələni ört-basdır etmək üçün repatriasiya haqqında qanun qəbul qəbul etmirlər. Repatriant adı ilə yerləşdirilənlərsə, Qərbi azərbaycanlılara məxsus həm vətəndaşlığı, həm də torpaqları mənimsəyiblər”.

Hazırladı: Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər