23.12.2024, 15:17
AZ EN
03.04.2024, 11:34 268

Robert Koçaryan iki aydan çoxdur Avropadadır

XƏBƏRLƏR
  • "Hraparak" bu başlıq altında yaydığı məqalədə bildirir ki, tərəfdarları və komandası R.Koçaryanın aktiv siyasətdən getməsi barədə deyilənləri təkzib etsələr də bir çox olaylar tam əks fikir yürütməyə əsas verir. Vurğulanır ki, Ermənistanın indiki ağır dövründə iki aydan çoxdur ki, Avropada olan sabiq prezident əvvəllər də həftələrlə, aylarla siyasi səhnədə görsənməyib.

"Hraparak" öz mənbəyinə istinadən xəbər verib ki, qatil Koçaryan bir neçə Avropa ölkəsində, ən çox isə Almaniyada olub, 8 mart bayramı və V.Putinin yenidən prezident seçilməsi ilə bağlı təbriklərini də Almanyadan edib.

Azərbaycan xalqının qatı düşməni və soyqırımı rəhbərlərindən olan R.Koçaryanın "Hayastan" fraksiyasının üzvləri ilə əlaqə saxlayıb-saxlaması barədə suala cavab verən koçaryançı deputat Aqnesa Xamoyan bildirib ki, onunla sonuncu dəfə dekabrın ortalarında fraksiyanın təcili toplantısında görüşüb.

Əlavə edək ki, R.Koçaryan Azərbaycan tərəfindən beynəlxalq axtarışdadır. Amma beynəlxalq hüquqa, ədalətə erməni düşüncəsi ilə yanaşan Avropa onu saxlayıb Azərbaycana təhvil vermək öhdəliyini "unudub". Görünən isə həm də odur ki, bu qatil də digərləri kimi, el təbirincə desək, buruntaqlanıb Bakıda çay içməyə gələcək.

Nəsib Qaramanlı

Oxşar xəbərlər