Bunu jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini Mher Qriqoryan deyib.
"Biz hələ daxili tənzimləmə prosedurlarını tamamlamalıyıq", - o bildirib.
M.Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair sazişin əsas məqsədi bütün problemlərin sakit, əsaslı və qanuni həllini təmin etməkdir.
O əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir.
“Bu prosesdə heç bir ziddiyyət yoxdur”, - baş nazirin müavini əlavə edib. (Report)