Bu barədə adanalı tarixçi və yazar Cezmi Yurtsever faktlar təqdim edib.
Onun sözlərinə görə, ermənilərin türkləri soyqırımına məruz qoymaları barədə Osmanlı arxivlərində materiallar var.
Qeyd olunub ki, əldə olunan xəritə 1915-ci ildə və ondan sonrakı dövrdə Qafqazda və Anadoluda türk xalqının kütləvi köçünü və qətliamlarını özündə əks etdirən sənəddir: “Yəni bu xəritə 1915-ci ildə türklərə qarşı soyqırımı həyata keçirildiyinin sənədidir”.
Tarixçi bildirib ki, son illərə qədər erməni diasporunun 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırımı kimi ictimailəşdirmək cəhdləri tarixin birtərəfli yozulması və təhrif olunmasıdır: “Odur ki, Osmanlı arxivlərində tapdığım tarixi faktları bütün dünya tarixçilərinin diqqətinə çatdırıram”.
Qeyd edək ki, ermənilər uzun illərdir ki 1915-ci ildə onlara qarşı soyqırımı törədilməsi iddiası ilə çıxış edirlər. (Report)