09.06.2025, 00:00
AZ EN
28.02.2023, 15:26 481

Haylar Lavrovdan narazılıq edir

XƏBƏRLƏR
  • Erməni xəbər saytları bu gün günorta paylaşıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və azərbaycanlı həmkarı Ceyhun Bayramov görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər.

“Lurer.com”un xəbərinə görə Rusiyalı nazir deyib ki, ötən ilin dekabrında Rusiyanın paytaxtında üçtərəfli görüş keçirməyi razılaşmışdıq. Amma bizim erməni həmkarlarımız bəyan etdilər ki, görüşdə iştirak edə bilməyəcəklər. Azərbaycan tərəf isə görüşdə iştirak edəcəyini bildirmişdi. Biz belə bəyanatlara həssaslıqla yanaşırıq. Lavrovun dediyi “biz avropalıların Ermənistan-Azərbaycan sərhəddindəki varlığını qəbuledilməz hesab edirik” sözləri də hayların qəzəbinə səbəb olub.

Ermənistan siyasiləri və mətbuatı həmişə olduğu kimi, indi də, necə deyərlər, özlərini sudan quru çıxartmaq üçün müxtəlif əsassız fikirlər ifadə etməkdədirlər. Onların çoxu Lavrovun dediklərini Ermənistana qarşı qərəzli mövqe nümayişi adlandırıblar. Rəsmi orqanların nümayəndələri isə sualları ikibaşlı cavablandırıblar.

Nəsib

Oxşar xəbərlər