11.04.2025, 16:12
AZ EN
27.02.2025, 15:15 208

Bloqerin yarı üzə çıxıb

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, Bella Babaxanyan adlı bloger sosial şəbəkələrdə daim Türkiyənin və Azərbaycanın əleyhinə təhqirli  paylaşımlar edirdi. O, Belarus prezidentinin həqiqəti deməsini də əsl hay xisləti ilə şərh etdiyinə görə bu yaxınlarda Belarusda olarkən saxlanılıb və barəsində milli, dini ayrıseçkiliyə bağlı cinayət işi açılıb.

Hayastanda  reallığı deyil, hay hədislərini əsas götürənlər isə onun müdafiəsinə qalxaraq azad edilməsini tələb və xahiş edirlər. İş adamı Qaqiq Caturyan isə prezident A.Lukaşenkoya məktub yazaraq Bellanın azad edilməsini xahiş edib. Maraqlısı isə odur ki, o, Bellaya olan münasibəti bütün haylara olan münasibət kimi dəyərləndirib.

Xəbəri yayan "Hraparak" da məhz analoji şərh paylaşmaqla söz azadlığının deyil, ideoloji təxribatın daşıyıcısı olduğunu isbatlayıb. Batka ləqəbli Lukaşenko isə el təbirincə desək, Qaqiqi heç it yerinə də qoymayıb.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR