21.11.2024, 23:46
AZ EN
14.03.2024, 08:40 254

Qubadlı rayonu, Xocik kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Xocik kəndi Həkəri çayının sahilində yerləşir.

Yaşayış məntəqəsini İranın Xocik kəndindən köçüb gəlmiş ailələr salmışlar.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Xocik kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Xocik Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çevirmişlər.Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər