Qərbi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunun Xoləzəy kəndi Qaraçanlı kənd inzibati ərazi dairəsinə daxildir. Uluxan çayının sahilində, dağətəyi ərazidə yerləşən bu kəndə Xoləzəy Alxaslı kəndi də deyirlər. Oykonimin birinci komponenti rayonunun ərazisindəki Alxaslı adlı iki yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. Xoləzəy (Xolasay) çayın qolu deməkdir. Söz çay qolu kənarındakı Alxaslı mənasını bildirir. Digər bir məlumata görə xöləzək, xanəzək, xiləzək sözlərindən əmələ gəlmişdir. Xanəzək – xan kimi yaşayan, xiləzək çox, həddindən artıq mənasını verir. Doğrudan da burada bol məhsul verən torpaqlar, əkin yerləri, geniş otlaqlar, yaylaqlar, bulaqlar var. Kəndin bünövrəsini Laçın rayonunun Alxaslı kəndindən gələn "Kor Novruz" ləqəbli şəxs qoymuşdur.
İsa MUSAYEV