11.09.2025, 18:54
AZ EN
04.03.2023, 16:22 390

Zəngilan rayonu, Ördəkli kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Kəndin keçmiş adı Hacısünnü (Hacı Hüseynli) olmuşdur. Həmin yaşayış məntəqəsi indiki ərazidən 1.5 km şimalda, Hacısünnü adı ilə mövcud olmuşdur. XIX əsrin ortalarında kəndin əhalisi Ördəkli yer adlanan əraziyə köçmüş, elə o vaxtdan da kəndin adı Ördəkli adlandırılmışdır. Tədqiqatçıların fikrinə görə həmin ərazidə ördək çox olduğu üçün kəndin adı belə qoyulub. Onu da qeyd etmək olar ki, Oğuz tayfalarının tərkibində də ördəklilərin adı çəkilir. Kənd inzibati ərazi dairəsinin mərkəzi olduğu üçün burada kolxoz idarəsi, kənd soveti, məktəb, klub fəaliyyət göstərirdi. Kənddə uzun illər məktəb direktoru və kənd soveti sədri işləmiş Əyyub Qafarov həm də kəndin ağsaqqallarından biridir. Onun əməyini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək qiymətləndirmiş, onu "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı ilə təltif etmişdir. Ördəkli kəndi 2020-ci il 9 noyabr tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər