Xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı Həcər burada anadan olmuşdur. Kəndin ərazisi əvvəllər Mollu (indiki Aşağı Mollu) kəndinin binə yeri olmuşdur. XVIII əsrin axırları-XIX əsrin əvvəllərində Mollu kəndindən ayrılmış ailələr keçmiş binə yerində məskunlaşaraq Yuxarı Mollu kəndini salmışdılar.
Yuxarı Mollu kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə erməni faşistləri bu kəndi də darmadağın edərək xarabalığa çeviriblər.
Kənd 2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Tahirə AĞAMİRZƏ