22.11.2024, 00:09
AZ EN
22.05.2024, 09:28 299

Zəngilan rayonu, Kolluqışlaq kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində olan  Kolluqışlaq kəndi dağətəyi ərazidə yerləşir. Əvvəllər burada Pirdavudan kəndinin (İrəvan quberniyası) qışlağı olmuşdur.

Qışlaq kollu-koslu olduğu üçün belə adlandırılmışdır. Sonralar burada salınmış kənd də həmin adı almışdır.

Kənd 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər