22.11.2024, 05:21
AZ EN
20.02.2023, 17:09 268

Kəlbəcər rayonu, Daşbulaq kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Daşbulaq kəndi qədim yaşayış məskənlərindən biridir. Kəndin əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilsələri var. Burada həmçinin daşdan düzəldilmiş iki vannası olan bir bulaq da var. Vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində, 60 sm hündürlüyündədir. Hər bir vannanın üzərində qədim alban hərfləri ilə yazılmış mətn vardır. Bulaqdan axan su əvvəl vannanın birinə axırdı, o dolandan sonra su açılmış Xarım vasitəsilə o biri vannaya tökülürdü. Kəndin əhalisi vannalardan ancaq içməli su qabı kimi istifadə edirdilər. Bu vannalardan bəzən yemək yağı, qatıq, pendir saxlanılan tuluq və dəriləri yumşaltmaq üçün də istifadə edirdilər. Kəndin adının Daşbulaq olması da bu iki qoşa daş vannası olan bulağın adı ilə bağlıdır. Kəndin Yaz yurdu, Köhnə yurd, Alıqulu ağanın yurdu, Qərvənd yurdu, Umudun yurdu və s. kimi yaylaqları, Məşədi Bayram bulağı, Daşdançıxan bulaq, Lalə bulağı və s. kimi bulaqları, Kərbəlayi Orucun dəyirmanı, Əzgillik, Vəngin dərəsi, Ayiciləsi çalası, Ələkbərin yeri və s. xeyli sayda məşhur yerləri də vardır. 1956-ci ildə kəndin adını dəyişdirərək Oktyabr inqilabı şərəfinə Oktyabrkənd qoymuşdular. Nəhayət, 1992-ci ildə kəndin Daşbulaq adı bərpa edilib.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR