31.03.2025, 23:51
AZ EN
16.01.2024, 08:00 320

Qubadlı rayonu, Qayalı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində olan Qayalı kəndi Qarabağ yaylasında yerləşir.

Qayalı kəndinin qədim adı Qarıkahası olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda mövcud olmuş Qayalı kəndindən zəirxanlı, alıxlı, eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaşdıqdan sonra kənd Qarıkahalı Qayalı adlanmışdır. Bir müddət keçəndən sonra kəndin adındakı Qarıkahalı komponenti ixtisara düşmüşdür. Azərbaycanda "qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur. "Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya" və "-lı" komponentlərindən ibarətdir. Qaya müsbət relyef mənası bildirən termindir. Kənd ərazisindəki qayalarda çoxlu mağaralar da olmuşdur. Kəndin Qayalı adlanması çox güman ki, ərazinin qayalıq olması ilə əlaqədardır.

Kənd 31 avqust 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

2020-ildə Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər