22.11.2024, 00:09
AZ EN
23.01.2024, 09:14 343

Zəngilan rayonu, Keçikli kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində olan Keçikli kəndi Əsgülüm dağının yamacında yerləşir.

Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınmışdır. Oykonim kecik (kecid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlmişdır. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan keçililərin adı ilə bağlayırlar.

Kənd 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər