Alı Xəlifə Ocağı Laçın rayonunun Böyük Seyidlər kəndində yerləşən ziyarətgahdır. Rayon ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Qarabağın ən ağır, hörmətli seyidlərindən sayılan Alı Xəlifə Ağa həmin kənddə dünyasını dəyişmiş və məzarı üstündə sərdabə tikilmişdir. Sərdabə kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir.
İsa Musayev