21.11.2024, 19:18
AZ EN
03.02.2023, 11:29 389

Kəlbəcər rayonu, Alıbəyli kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Kəlbəcər rayonunun Alıbəyli kəndi Əsrik kənd inzibati ərazi dairəsinə aiddir. Kəndin əvvəlki adı Tirkeşəvənd olmuşdur, lakin 2015-ci ilin 29 mayında dəyişdirilərək Alıbəyli adı qoyulmuşdur. Bu kənd 1937 ilə kimi Bəylik adlanırdı. 1937-ci il repressiyasından sonra kəndin adı Tirkeşəvənd olmuşdur. Kəndin ərazisi çox qədim yaşayış məskəni olub.  Mənbələrdə qeyd olunur ki, 16-17-ci əsrlərdə burada ilk məskunlaşan adam Laçın rayonundan gələn Qotur Məmməd olubdur.  O, buraya gələndə uçulub- dağılmış kənddə divarının üstündə Tirkeşəvənd və tiri qalan bir evə rast gəlib, məhz buna görə də kəndin adı belə adlandırılıb. Keçmiş zamanlarda yaşayış damlarının divarının üstünə yoğun tir qoyurmuşlar. Həmin tirin adı Tirkeşəvənd, yəni tirləri bir-birinə bağlayan bənd deməkdir. Qotur Məmmədin oğlu Kərbəlayi Tanrıverdinin oğlu Kərbəlayi Bəxtiyar Laçın rayonunun Bülovluk bəyliyindən Alməmməd bəyin qızı Pərixanla evlənir. Qaynatasının təqdimatı nəticəsində ona da bəylik titulu verilir. Kənddə bəylərin sayı çox olduğundan Bəylik adlandırılıb. Kənd gözəl yaylaqları (Çökək bulağın yurdu, Yal yurdu, Mərcanlı yurdu, Cəvahirli yurdu, Güney yurd və s.), buz bulaqları (Naibgələn bulaq, Həmzə bulağı, Pəri bulağı, Soyuq bulaq, Qındırğalı bulaq və s.), məşhur yerləri (Qızılitən, Qalaboynu qalası, Mustafa təpəsi, Çirişli, Söyüdlü dərə və s.), binə-qışlaqları (Firidun bəyin binəsi, Qazıxan binəsi, Əsəd bəyin binəsi, Kalafalıq binəsi və s.) ilə də məşhurdur. Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edirdi.

İsa Musayev

Oxşar xəbərlər