Güllü qəbir piri Azərbaycan Respublikasının Laçın rayonunun Böyük Seyidlər kəndində yerləşir. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsidir. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır. Ağanın məzarı ağır ziyarətgahlardan sayılır. Hacı seyid İbrahim ağanın ocağında qızılgül bitmişdir. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər.
İsa Musayev