09.05.2025, 19:43
AZ EN
31.08.2023, 11:37 416

Laçın rayonu, Bülövlük kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Bülövlük kəndi Azərbaycan Respublikasının Laçın rayonunun Qoşasu kənd inzibati ərazi dairəsindədir. Kənd Mıxtökən silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Tədqiqatçıların fikrincə oykonim Bülöv (kəsici alətlər itiləyən daş) sözü ilə -lük şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Onu da qeyd edirlər ki, dağlarda bitən ağ çiçəkli yabanı dərman bitkisinin adı da bülöylüdür. Ona görə də ehtimal olunur ki, dağətəyi ərazidə yerləşən kəndin ərazisində bülöylü otunun zəngin olmasına görə kənd belə adlandırılmışdır. Kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. Əhalinin əsas təsərrüfatı heyvandarlıq olmuşdur.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR