19.05.2024, 05:34
AZ EN
24.07.2023, 12:19 274

Qubadlı rayonu, Məmər kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Mənbələrdə qeyd olunur ki, Qubadlı rayonunun Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, "çay" və ya "dağ keçidi" mənasındadır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (Məmər) yerində salındığı üçün belə adlandırılmışdır.

Toponimləri: Şirin bulaq, Ağ oğlan piri, Aslanlı düzü, Kafdarlı dərə, Gavır dərəsi, Dibək daş, Sandıq qəbir, və.s. Məktəb ərazisində olan qədim qəbiristanlıq 13-17-ci yüzilliyə aid qədim abidə kompleksidir.

Məmər kəndində XVIII əsrdə inşa edilmiş məscid var. Sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunan məscid, Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirmişdir. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmış və donuz tövləsinə çevrilmişdir.

İslam Əməkdaşlığı Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərində İslam məbədlərinin dağıdılması ilə bağlı narahatçılığını bildirərkən dağıdılmış Məmər məscidini erməni tərəfinin aqressiya siyasətinin sübutu adlandırmışdır.

Məmər kəndi 1993-cü ildə Ermənistan terorçuları  tərəfindən işğal edilmişdi.

30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər