17.05.2024, 23:27
AZ EN
18.09.2023, 09:25 194

Laçın rayonu, Nurəddin kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Laçın rayonunun Nurəddin kəndi Fərraş kənd inzibati ərazi dairəsinə daxildir. Yaşayış məntəqəsini Piçənis kəndindən köçüb gəlmiş ailələr keçmiş binə yerində salmışlar.   Bəzi tədqiqatçılar kəndin adını Nurəddin şəxs adı ilə bağlayırlar. Güman ki, binə həmin şəxsə məxsus olmuşdur. 1933-cü ilə aid mənbədə oykonim Nuraddin kimi qeydə alınmışdır. Noradin variantında oykonim "uçqun, yarğan yaxınlığında məskən" mənasını ifadə edir. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilmişdir. 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

İsa Musayev

Oxşar xəbərlər