Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır.
Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çevirmişlər.
2020-ci il oktyabrın 25-də kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edib.
Tahirə AĞAMİRZƏ