22.11.2024, 01:12
AZ EN
01.04.2023, 08:33 209

Cəbrayıl rayonu, Nüzgar kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun Nüzgar kəndi rayonun Quycaq kənd inzibati ərazi dairəsindədir. Kənd Arazboyu düzənlikdə yerləşir. Bu yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş əhali hazırda Qarqunun evləri adlanan köhnə kənd xarabalığının yanında, qarğılı, qamışlı sahədə salmışdır. Şəmkir rayonunda da dağətəyi ərazidə eyniadlı kənd var. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə Qərbi Azərbaycanın Qarakilsə, İcevan, Kankeravan, Saxkunq, Çatqıran adlı yaşayış məntəqələrindən gəlmiş erməni ailələri qədim yaşayış məskəninin xarabalıqları yanında qamışlı, sucaq ərazidə salmışlar. XIX əsrə aid mənbələrdə kəndin adı Nüzgar formasında qeydə alınmışdır. Kəndin adının fars dilindəki neyzar (qamışlıq, cəngəllik) sözündən olması da ehtimal olunur. Nüzgar kəndinin ərazisində indi də qamışlı sahələr vardır. Əhalinin əsas təsərrüfatı heyvandarlıqdır.

İsa Musayev

Oxşar xəbərlər