Minkənd məbədi Laçın rayonunun Minkənd kəndinin mərkəzində yerləşir. Bu məbəd sovməə tipli alban məbədləri sırasına daxildir. Abidənin girişindəki lövhədə 1675 tarixi qeyd edilmişdir. Abidənin binası yerli bazalt daşlardan, əhəng-gəc qatışığından inşa edilib. Erməni işğalçıları bu məbədin də adını dəyişdirmişdir. 2009-cu ildə "Tufenkian Foundation" un maliyyə dəstəyi ilə "Müqəddəs Minas kilsəsi" adı altında "bərpa edilmişdir". 1 dekabr 2020-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İsa Musayev