23.11.2024, 12:02
AZ EN
24.04.2024, 08:23 314

Kəlbəcər rayonu, İmanbinəsi kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər rayonunun İmanbinəsi kəndi Qaraçanlı kənd inzibati ərazi dairəsindədir.

Əsli İmanbinəsidir. Yaşayış məntəqəsi İman adlı şəxsə məxsus binə yerində salındığına görə belə adlandırılmışdır. 1961-ci ildən kənd yerini dəyişərək Tərtər çayının sahilindəki Əhmədoğlunun Şamı deyilən yerə köçmüşdür. Ona görə də kənd yerli əhali arasında Əhmədoğlunun Şamı da adlanır.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər