09.05.2025, 19:44
AZ EN
25.08.2023, 10:44 447

Laçın rayonu, Ağcayazı kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Ağcayazı kəndi Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsinə daxildir. Kənd rayon mərkəzindən 43 km şimal-qərbdə yerləşir. Əhalisi azərbaycanlılardan ibarətdir. Oykonim ağca (ağımtıl, quru, şumlanmamış bozumtul torpaq), və ya (çöl, düz, düzənlik, səhra) sözlərindən düzəlib. Ağdaş rayonunda Aşağı və Yuxarı Ağcayazı adlı iki kənd var. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub. Burada klub, kitabxana, mağaza, ibtidai məktəb fəaliyyət göstərib. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-Xll saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Ağcayazı kəndi alınaraq Ardıclı kənd Sovetinin tərkibinə verilmişdir. 2020 ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR