Kəndin əhalisi etnik mənşəyinə görə türkdür və onların ulu babaları əsrlərlə orada yaşayan yerli sakinlər olmuşdur. Kənd sakinlərinin danışıq dili Azərbaycan türkcəsidir. Kənddəki coğrafi adlar (toponimlər) türk mənşəlidir.
Kənddə Ağbulaq yurdu, Qarabulaq yurdu, Dolçabulaq yurdu adlı bulaqlar var. Dərinçuxur, Dəmirqaya, Qırmızıtəpə, Göygav, Sarıgav, Həşərgələr, Sudolduran, Novun şamı, Tumuzluq, Arxacqaya, Arıxanaqaya, Şişqaya, Qayabaşı, Vəlinin çüxuru və s. toponimləri ilə zəngindir.
Tahirə AĞAMİRZƏ