- Qubadlı rayonu, Başarat kənd inzibati ərazi dairəsində olan Hat kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Böyük Hat olub, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, Hat kəndi adlandırılıb. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Hat kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Tahirə AĞAMİRZƏ