22.11.2024, 07:57
AZ EN
15.12.2023, 08:56 275

Qubadlı rayonu, Dəmirçilər kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kəndi rayon mərkəzindən 5 km. cənubda, Dondarlı sovetliyində, Bazarçayın sağ sahilində, dağətəyi ərazidə yerləşir.

Dəmirçilər kəndinin adı "dəmirçilər tayfası"nın adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən "dəmirçilər" sonralar "qazax tayfa birliyi"nin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər.

Dəmirçilər sözü Azərbaycan toponomiyasında omonim yer adlarındandır. Kəndi Dəmirçilər nəslinə mənsub ailələr salmışlar. Dəmirçilər adında Qazaxda, Tərtərdə, Xocalıda da kəndlər var.

Kənddə olan tarixi abidələrdən biri də məsciddir.

Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün "güldəstə" quraşdırılmışdır. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır.

1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Bu kənd də işğal dövründə erməni vandalizminə məruz qalıb.

2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR