28.03.2024, 20:30
AZ EN
09.02.2023, 09:51 270

Qubadlı rayonu, Balahəsənli kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Şərqi Zəngəzur iqtisadi rayonuna aid olan Qubadlı rayonunun kəndlərindən biri olan Balahəsənli kəndi də öz təbiəti, füsunkarlığı ilə diqqəti cəlb edir. Balahəsənli etimologiyası kəndin əsasını qoyan Balahesenli nəslinin adı ilə bağlıdır. Nəsil şəcərəsi Həsən bəy Sultanov, Məşədi Paşa Sultanov, Səlim Həsənov, Murad Həsənov, Turabxan Həsənli ilə bağlıdır. Səlim kişinin sözlərinə görə Həsən bəyin adı ilə kənd Həsənin yurdu mənası verən Balahesenli, ətrafdakı dağlar isə bacısı Şərəfağanın şərəfinə Şərəfağa adlandırılıb. Kənd Bərgüşad çayının sahilində, Qarabağ yaylasının ətəyində yerləşir. Ucqar dağ kəndi olan Balahəsənli 1918-ci ilə kimi "köhnə qışlaq" adlanan yerdə yerləşmişdir. Tarixi faktlara əsasən Andranikin daşnak dəstələri Zəngəzur qəzasında misli görünməmiş vəhşiliklər törətmişlər. Qarabağ general-qubernatorunun Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər nazirinə göndərdiyi məktubda ermənilər tərəfindən yandırılıb-dağıdılmış Azərbaycan kəndlərinin siyahısında Balahəsənli kəndinin də adı çəkilir. Əkinçilik və heyvandarlıqla məşğul olan kənd əhalisi ötən əsrin ikinci yarısına qədər köçəri həyat yaşamışdılar. Yaşlı sakinlərin sözlərinə görə kəndin əsası 1918-ci ildə Qərbi Azərbaycanın Ağvani kəndindən didərgin salınmış azərbaycanlı ailələri tərəfindən qoyulmuşdur. Kor bulaq, Çinarlı dərə, Quru dərə, Çəmənli, Taxta yol, Haqq kahası və s. kimi adlar Balahəsənlilər tərəfindən bu gün də xatırlanır. 12-13-cü əsrlərə aid olan Ocaq dərəsindəki "Cicimli" ocağı, 4-cü əsrə aid edilən "Sığınacaq" tipli yaşayış yeri Duranlar deyilən ərazidə yerləşir. SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, professor Əli Əmiraslanov və Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini Möhbalı Əmiraslanov bu kəndin yetirmələridir.

İsa Musayev

Oxşar xəbərlər