İsgəndərbəyli kəndi Zəngilan rayonu, İsgəndərbəyli kənd inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. Keçmiş adı Dəmirçilər olmuşdur. Yaşayış məntəqəsi dəmirçilər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. İsgəndərbəy kənddə məskunlaşmış dəmirçilərin başçısı olmuşdur. Kənd sonralar onun adı ilə adlandırılmışdır.